Gün ərzində 94 cinayət faktı qeydə alınıb -RƏSMİ

Gün ərzində 94 cinayət faktı qeydə alınıb -RƏSMİ


DİN -dən ONN media -ya verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 94 cinayət faktı qeydə alınmış, onların da 9-u “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 15 nəfər xəsarət almışdır.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılmışdır.

Geri qayıt