Qarabağda döyüşlər bu tarixdə başlayacaq
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin “müdafiə naziri” Levon Mnasakanyan cəbhədə müharibənin başlayacağı tarixini açıqlayıb.
ONN media Publika-ya istinadla xəbər verir ki, işğal altındakı Xankəndi şəhərinə gələn erməni jurnalistlərə açıqlamasında separatçı “nazir” hazırda təmas xəttində sabitlik olduğunu bildirib.
“Lakin eskalasiya artan tendensiya üzrə davam edir. Vəziyyət sakit görünür, amma gərginlik sentyabr-oktyabr aylarında arta bilər”, - deyə Mnasakanyan iddia edib.
Görünür, Ermənistan sentyabr-oktyabr aylarında yeni təxribat hücumlarına hazırlaşır və bu hücuma əsas yaratmaq üçün indidən ictimai rəy formalaşdırırlar.
