Rusiyalı məşhurlar “Jara” festivalına görə Bakıya axın etdi - FOTOLAR

Rusiyalı məşhurlar “Jara” festivalına görə Bakıya axın etdi - FOTOLAR


Xəbər verdiyimiz kimi, “Jara-2018” Beynəlxalq Musiqi Festivalı start götürüb.

ONN media xəbər verir ki, qırmızı xalı mərasimi ilə başlayan festivalda ulduz keçidi yaşanıb. Ani Lorak, Sergey Lazarev, “Qlyukoza”, Qriqori Leps və “Cosmos girls”, Artik və Asti, Soqdiana, “Qradusı” qrupu və digərləri medianın diqqət mərkəzində olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da tədbirə qatılanlar sırasında olub. O, gecəyə oğlu ilə təşrif buyurub.

Dinamik auranın hakim olduğu festivalda Xalq artisti Emin Ağalarovsəhnədə dünya şöhrətli aktyor Stiven Siqalla duet səsləndirib.

Həmçinin, tədbirdə Loboda, Anna Sedokova, Monatik, Filipp Kirkorov, Alekseev, MOT, Timati, Yuliya Kovalçuk, Denis Klyaver, Nyuşa, Burito, Doni, Aleksandr Panayotov, Feduk, Nikolay Baskav, Eqor Krid, Aleksey Çumakov və Natan da iştirak edir.

Qeyd edək ki, festivalın təşkilatçıları Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Geri qayıt