Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gələcək

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.
ONN media xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib.
İyulun 30-da baş tutacaq səfər zamanı T.Klaar hökumət rəsmiləri ilə görüşəcək. Görüşlərdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq.