“Azərbaycanın öz müstəqil dəsti-xətti var” - ŞƏRH

"İrana tətbiq olunan sanksiyaların Azərbaycana aidiyyatı yoxdur. Cənub Qaz Dəhlizi layihəsinin bundan kənar qalması təbii haldır".
ONN media xəbər verir ki, bu sözləri açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.
Millət vəkili qeyd edib ki, hər iki dövlətin ayrı, özünəməxsus siyasəti var: "İran istədiyi vaxt Ermənistana yardım edən dövlətdir. Onlarla əlaqəli məsələlərin bizə aidiyyatı yoxdur. Biz müstəqil dövlətik. Azərbaycanın öz müstəqil dəsti-xətti var və ölkəmiz Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli rola malikdir. Ölkəmiz İranın deyil, Avropanın enerji məsələsində rol oynayır".