Qurbanlıq yarmarkalarını Agentlik təşkil edəcək – AÇIQLAMA

Bu il Qurban bayramı ilə əlaqədar yarmarkaları Qida Təhlükəsizliyi Agentliyi təşkil edəcək.
ONN media bildirir ki, bu barədə Cebhe.info-ya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məlumat verib. Onun sözlərinə görə, yarmarkaların təşkili ilə bağlı inzibati, təşkilati məsələlər Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətlərinə aiddir. Kənd Təsərrüfatı Nazirliyi isə bi məsələdə Agentliyə dəstək verir:
“Məsələn, biz Qurban bayramı ilə əlaqədar heyvanlarını satışa çıxaracaq fermerlərin siyahısını təqdim edirik”.
Anar Hüseynov bildirib ki, Qida Təhlükəsizliyi Agentliyində Qurban bayramı ilə əlaqədar İşçi Qurpu yaradılıb. Bu Qrupa Nazirliyin mütəxəssisləri də cəlb olunub: “İdxal, ixrac, kəsim, nəzarət məsələləri Agentliyin səlahiyyətindədir”.
Qeyd edək ki, əvvəlki illərdə Qurban Bayramı Yarmarkaları Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunurdu.