Xoşbəxt Yusifzadə təltif edildi

Xoşbəxt Yusifzadə təltif edildi


Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubovun 14 avqust 2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadə "Azərbaycan polisinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

ONN media SOCAR-a istinadən xəbər verir ki, qocaman neftçi-alimə mükafat Daxili İşlər Nazirliyində təqdim olunub. Daxili işlər naziri general-polkovnik Ramil Usubov yubiley medalı ilə təltif olunması münasibətilə akademik Xoşbəxt Yusifzadəni səmimi qəlbdən təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür, istehsalat fəaliyyətində və elmdə yeni nailiyyətlər arzulayıb. Nazir qeyd edib ki, Xoşbəxt Yusifzadənin şərəfli ömür yolu və respublikanın neft-qaz sənayesinin inkişafında böyük xidmətləri ölkəmizin daxili işlər orqanlarının əməkdaşları üçün də böyük örnəkdir.

Akademik Xoşbəxt Yusifzadə mükafat üçün səmimi minnətdarlığını bildirmiş, respublikada asayişin, əmin-amanlığın qorunması işində Azərbaycan polisinə uğurlar arzulayıb.

Geri qayıt