Naxçıvanda hücum təyyarələri havaya qalxdı

Naxçıvanda aviasiya bölmələri təlim-məşq uçuşları keçirib.
ONN media xəbər verir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidməti məlumat yayıb.
Uçuşlar zamanı SU-25 hücum təyyarələri və Mİ-35 atəş-dəstək helikopterləri ilə hava hücumundan müdafiə vasitələrinin təsirinin dəf edilməsi üçün ən aşağı hündürlükdə mürəkkəb pilotoji manevrlər yerinə yetirilib.
Mİ-17 nəqliyyat-döyüş helikopterləri ilə gənc pilotların yüksək dağlıq ərazidə məhdud ölçülü meydançaya enmə vərdişləri təkmilləşdirilib.