"Bu məsələ Köçəryandan deyil,Mehri dəmiryolundan asılıdır" – Mübariz Əhmədoğlu

"Rusiya Federasiyasının prezidenti V.Putin eks-prezident, haqqında cinayət işi açılmış R.Köçəryanı ad günü münasibətilə təbrik etdi. Köçəryana V.Putinin belə münasibəti özünə görə deyil, Ermənistanındaxilində baş verənlərə görədir".
ONN media Olaylar-a istinadla xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu deyib: "S.Sərkisyanın dövründə Rusiya-Ermənistanmünasibətlərində hər şey normal kimi görünürdü. Bu dövrdə V.Putin və ya yüksəkçinli Rusiya rəsmilərindən kimsə R.Köçəryanı itirib axtarmayıb. 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistanda antiRusiyaçılıq ən yüksək həddə çatan dövrdədə Rusiya rəsmiləri R.Köçəryanı yada salmadılar. O zaman Yerevana səfər edən RFbaş naziri D.Medvedev Q.Çarukyanın evindəqalmalı oldu. Hər halda R.Köçəryanın da evində qala bilərdi. "Sistem" AFK-nınidarə heyətinin üzvü olan R.Köçəryan ən azı ildə 2 dəfə Moskvaya səfər edir. Ozaman da yüksək çinli RF rəsmiləri R.Köçəryana diqqət ayırmadılar. V.Putinin məqsədi N.Paşinyanamünasibətini göstərməkdir. V.Putin qarşıdan gələn seçkilərdə Rusiyapərəst qüvvələriaktivləşdirmək və onların arasından seçim etmək kursunu götürüb. Bu zaman Rusiyaya ən səmimi münasibət göstərən şəxs Rusiyanın namizədi olacaqdır. Bunun üçün ən optimal variant Ermənistandakı siyasi xadimin Mehri dəmir yolununaçılması uğrunda mübarizəsi olacaqdır. Mehri dəmir yolunun açılması Ermənistanüzərində Rusiya-ABŞ qarşıdurmasının konfiqurasiyasını tam dəyişəcəkdir. Bəlkə dəABŞ Ermənistanı Rusiyanın təsir zonasından çıxarmaq barədə düşünməyəcək, Ermənistanla normal münasibətlər quracaq"