Son 10 ildə ana ölümlərinin sayı açıqlanıb

Son 10 ildə ana ölümlərinin sayı açıqlanıb


Son 10 ildə Azərbaycanda qeydə alınan ana ölümlərinin sayı açıqlanıb.

ONN media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2007-2017-ci illərdə respublikada hamiləlik, doğuş zamanı və zahılıq dövründə ölən anaların sayı ümumilikdə 327 nəfər olub.

Belə ki, 2007-ci ildə 54 nəfər, 2008-ci ildə 40 nəfər, 2009-cu ildə 37 nəfər, 2010-cu ildə 26 nəfər, 2011-ci ildə 27 nəfər, 2012-ci ildə 26 nəfər, 2013-cü ildə 25 nəfər, 2014-cü ildə 25 nəfər, 2015-ci ildə 24 nəfər, 2016-cı ildə 22 nəfər, 2017-ci ildə 21 nəfər qadın doğuş zamanı və ya zahılıq dövründə dünyasını dəyişib.

Geri qayıt