Neftçilәr Xәstәxanasının baş direktoru işdən azad edildi

Neftçilәr Xәstәxanasının baş direktoru işdən azad edildi


Mәrkәzi Neftçilәr Xәstәxanasının baş direktoru Hikmәt Hәsәnov işindən azad edilib.

ONN media xəbər verir ki, bu barədə oxu.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib.

Səfayə Əhmədova qeyd edib ki, Hikmәt Hәsәnov öz ərizəsi ilə işdən ayrılıb: 

“Hazırda onun vəzifəsini müvəqqəti olaraq Mərkəzi Neftçilər Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin müdiri Raud Əsədov icra edir”.

Qeyd edək ki, Hikmət Həsənov 2018-ci ilin fevral ayından bu vəzifəyə təyinat almışdı.

Geri qayıt