FAO Azərbaycanda 4 milyonluq layihəyə başlayır

"Heyvandarlıq, qoyunçuluğun davamlı inkişafı, maldarlığın inkişafı və suni mayalandırma, kartof toxumçuluğu ilə bağlı layihələr hazırda imzalanma mərhələsindədir"
ONN media xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib.
Onun sözlərinə görə, sözügedən layihələri oktyabrda kənd təsərrüfatı naziri İnam Kərimov imzalayacaq. M.Çakmak, həmçinin qeyd edib ki, layihələrin maliyyə dəyəri 4 milyon dollardır.
FAO rəsmisi əlavə edib ki, yaxın 2-3 ayda rayonlarda kənd təsərrüfatı ilə bağlı gənclərin məşğulluğunun artırılması istiqamətində layihənin başlaması planlaşdırılır.