Azərbaycanda sabiq deputat vəfat etdi

Azərbaycanda sabiq deputat vəfat etdi


Azərbaycan Milli Məclisinin (MM) sabiq deputatı İbrahim Qafarov vəfat edib.

ONN media xəbər verir ki, bunu report-a açıqlamasında parlamentin Mətbuat katibi Akif Təvəkküloğlu deyib.

O bildirib ki, İbrahim Qafarov Sabirabad rayonunda dəfn edilib: “İbrahim Qafarov ictimai-siyasi xadim olub. Ailəsinə səbr diləyirik”.

Qeyd edək ki, İ.Qafarov 1995-ci ildə 83 saylı Sabirabad–Salyan seçki dairəsindən I çağırış Milli Məclisin deputatı seçilib.

Geri qayıt