Şamaxı Astrofizika Rəsədxanasında “açıq qapı” günü keçiriləcək

Şamaxı Astrofizika Rəsədxanasında “açıq qapı” günü keçiriləcək


Bu gündən başlayaraq oktyabrın 10-dək Ümumdünya Kosmos Həftəsi çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında “açıq qapı” günü keçiriləcək.

ONN media bildirir ki, Rəsədxanadan trend-ə verilən məlumata görə, Ümumdünya Kosmos Həftəsi kosmik fəzanın araşdırılmasına həsr olunan beynəlxalq səviyyəli tədbirlərdən ən böyüyüdür. Hər il 90-dan çox ölkədə Ümumdünya Kosmos Həftəsi layihəsi çərçivəsində müxtəlif tədbirlər keçirilir.

Azərbaycan bu beynəlxalq layihəyə 2015-ci ildən qoşulub və hər il bir həftə boyunca ölkədə astronomiya və kosmos elminin təbliğinə dair tədbirlər keçirilir.

Bu tədbirlərə Şamaxı Astrofizika Rəsədxanasında və Tusi-Bohm Planetariumda açıq qapı günləri, film təqdimatları, tanınmış astronomlarla görüşlər və s. daxildir.

Geri qayıt