Nazir Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbərini qəbul edib

Nazir Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbərini qəbul edib


Ekologiya və Təbii Sərvətlər naziri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbərini qəbul edib.

ETSN -in Mətbuat Xidmətindən ONN media -ya verilən məlumata əsasən, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Fatoş Hande Harmancı arasında tanışlıq görüşü keçirilib.

Görüş zamanı gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Geri qayıt