Nazirlikdən sürüşmə zonası ilə bağlı yeni məlumat

Nazirlikdən sürüşmə zonası ilə bağlı yeni məlumat


Badamdardakı sürüşmə sahəsində ümumi dinamikada gərginlik qalmaqdadır.

Bu barədə ONN media -ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.

"Sürüşmə zonasında saat 21-00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti yenə də müşahidə edilir. Ümumi dinamikada gərginlik qalmaqdadır", - deyə məlumatda bildirilir.

Geri qayıt