Bakı Şəhər İcra Hakimiyyətində YENİ TƏYİNAT

ONN media Report-a istinadla xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin direktoru dəyişdirilib. Departamentin direktoru Ramiz Hacıyev işdən çıxarılıb. Həmin vəzifəyə İntiqam Məmmədov təyin olunub. Xatırladaq ki, BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun imzaladığı əmrlərlə bundan əvvəl də İcra Hakimiyyətində kadr dəyişiklikləri olub.