Yeni marşrut avtobusları istismara verildi

Yeni marşrut avtobusları istismara verildi


Bölgələrdə müntəzəm marşrut xətləri üzrə avtobusların yenilənməsi prosesinə start verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən  ONN media -ya verilən məlumata görə, avtomobil parkının yenilənməsinə dair daşıyıcılara ünvanladığı müraciət əsasında müntəzəm marşrut xətləri üzrə avtomobil parkının yenilənməsi prosesinə start verilib.

Belə ki, Quba şəhərdaxili 1 saylı marşrut xəttində mövcud 15 ədəd "Hyundai County" markalı avtobuslar yeni "İsuzu" markalı avtobuslarla əvəz edilir.

Qeyd edək ki, oktyabrın 25-dən həmin marşrut xətti üzrə 5 yeni avtobus sərnişinlərin xidmətində olacaq.

Geri qayıt