Dağıstanla Azərbaycanı daimi dəmir yolu birləşdirəcək

Dağıstanla Azərbaycanı daimi dəmir yolu birləşdirəcək


Dağıstanla Azərbaycan arasında daimi dəmir yolu xətti fəaliyyətə başlayacaq.

ONN media xəbər verir ki, bu barədə Dağıstan rəhbəri Vladimir Vasilyev deyib:

"Bizim böyük nəqliyyat imkanlarımız var. Bakı ilə daimi dəmir yolu əlaqəsi quracağıq. Bu layihənin xalqın mənafeyinə çalışması üçün heç bir maneə görmürəm. Və bu bizim iqtisadiyyatımızı da inkişaf etdirəcək".

2018-ci ilin aprel ayının əvvəlində Dağıstan və Rusiya Dəmir Yolu rəsmiləri Mahaçqala-Bakı marşrutu üzrə yeni dəmir yolu xətti layihəsini nəzərdən keçiriblər.

Hazırda Moskva-Bakı, Rostov-Bakı və Xarkov-Bakı istiqamətləri üzrə qatarlar Mahaçqaladan keçməklə hərəkət edir.(trend.az)

Geri qayıt