Elmar Məmmədyarov: "Azərbaycan bu məsələdən əziyyət çəkir"

Elmar Məmmədyarov: "Azərbaycan bu məsələdən əziyyət çəkir"


Azərbaycan ədalətsizlikdən, o cümlədən torpaqlarının qonşu Ermənistan tərəfindən işğal olunmasından əziyyət çəkir.

ONN media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fələstin dövlətinin Asiya qitəsindəki səfirlərinin konfransında deyib.

Nazir bildirib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi qətnamələr hələ də yerinə yetirilmir.

E.Məmmədyarov bildirib ki, işğal olunmuş ərazilərdə azərbaycanlılar etnik təmizləməyə məruz qalıb.

Geri qayıt