Qanvermə aksiyası keçirildi

Qanvermə aksiyası keçirildi


05 noyabr 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hemotologiya Transfiziologiya İnstitutunun təşəbbüsü ilə könüllü qanvermə aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, könüllü qanvermə aksiyasına Nazirliyin 200-ə yaxın əməkdaşı qoşulub. Aksiyada həkim hemotoloqlar tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Qanvermə aksiyası talassemiyadan əziyyət çəkən uşaqların qanla təminatına yardım məqsədi daşıyır.

Geri qayıt