İnam Kərimovun Tərtər rayonunda sakinlərlə nəzərdə tutulan görüş təxirə salındı

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimovun Tərtər rayonunda Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşünün tarixi dəyişdirilərək noyabr ayının 24-nə keçirilib.
ONN media -ya Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.