Bakıda döyülən məktəb direktorundan XƏBƏR VAR

Ötən gün aktyor Rza Rzayev tərəfindən döyülən Bakı şəhəri, Yasamal rayonu, 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alır.
ONN media Trend-ə istinadla xəbər verir ki, bu barədə sözügedən məktəbdən bildiriblər.
3 saylı Şəhər Klinik Xəstəxanasından bildirilib ki, xəstənin vəziyyəti normallaşmağa doğru gedir:
"Xəstə Tural Mirzəliyev kəllə-beyin travması ilə ötən gün xəstəxanaya qəbul olunub. Hazırda xəstənin vəziyyəti normaldır. Müalicə davam etdirilir".
Qeyd edək ki, Təhsil Nazirliyindən hadisə ilə hüquq-mühafizə orqanlarının məşğul olduğu bildirilib.