“İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları”nda dəyişikliklər edilib

“İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları”nda dəyişikliklər edilib


Nazirlər Kabineti "İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları"nda dəyişikliklər edib.

ONN media  "Report"a istinadən bildirir ki, hökumətin qərarına görə dəyişikliklər aşağıdakılardır:
1. 1.4-cü bənddə "qeydiyyata" sözü "dövlət qeydiyyatına" sözləri ilə əvəz edilsin.
2. III hissənin adında, 3.1-ci bəndin birinci və ikinci cümlələrində, 3.1.2-ci və 3.1.3-cü yarımbəndlərdə, 3.2-ci bəndin birinci cümləsində, 3.3-cü və 3.4-cü bəndlərdə ismin müvafiq hallarında "əlavə qeydiyyat" sözləri ismin müvafiq hallarında "əlavə dövlət qeydiyyatı" sözləri ilə əvəz edilsin.
3. 3.2-ci bəndin birinci cümləsində və 3.3-cü bənddə "qeydə alındığı" sözləri "dövlət qeydiyyatına alındığı" sözləri ilə əvəz edilsin.
4. 3.4-cü bəndə "kağızının" sözündən sonra "dövlət" sözü əlavə edilsin.
5. 5.2-ci bənddə "Qeydiyyata" sözü "Dövlət qeydiyyatına" sözləri ilə əvəz edilsin.

Geri qayıt