Dünyanın 15 ölkəsinin 35 mütəxəssisi Bakıda bir araya gələcək

Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə "AgTech and Green Energy" mövzusunda Beynəlxalq Forum keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən ONN media-ya bildirilib ki, dünyanın 15-ə yaxın ölkəsindən 35 xarici mütəxəssisi bir araya toplayacaq forum Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. "Yaşıl gələcək üçün innovasiyalar" şüarı altında keçiriləcək Beynəlxalq Forumun 10-11 dekabr 2018-ci il tarixlərində ADA Universitetində keçirilməsi planlaşdırılır. "AgTech and Green Energy" Forumunun əsas məqsədləri ölkəmizdə kənd təsərrüfatı və enerji sektorlarında innovativ inkişafa nail olmaq, bu istiqamətdə innovasiya şirkətləri, startaplar və digər maraqlı tərəflər arasında güclü işguzar əlaqələr və dayanıqlı biznes modellər qurmaqdır. Forumda ABŞ, Türkiyə, İsrail, Rusiya, Niderland, Ukrayna və bir çox ölkələrdən olan sahibkarlar, vençur kapitalistlər, elm xadimləri, startap şirkətləri və aparıcı texnologiya şirkətlərinin nümayəndələri çıxış edəcəklər.