Bir ailənin 4 üzvünün zəhərlənməsinin səbəbi məlum oldu

Bir ailənin 4 üzvünün zəhərlənməsinin səbəbi məlum oldu


Qazaxda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən bir ailənin 4 üzvünün səhhətindəki problemin səbəbi məlum olub.

Qida Təhlükəsizliyi Agentliyindən ONN media -ya verilən məlumata görə, Qazax rayonu M.Əsədov küçəsi ev 8 ünvanında yaşayan qida zəhərlənməsi şikayəti ilə Qazax Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilən xəstələr tam müayinədən keçirilib.

Onlara ilkin yardım göstərilərkən heç bir xəstədə qida zəhərlənməsi aşkar edilməyib.

Ailəyə məxsus evin 1-ci mərtəbəsində qızdırıcı sistem olduğu və xəstələrin səhhətinin pisləşməsinə dəm qazının səbəb olduğu müəyyən edilib. Rayon xəstəxanasının həkimlərinin rəyləri və müayinələr nəticələrində hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib.

Geri qayıt