Bakı avtovağzalına yeni mətbuat katibi təyin olundu

Bakı Beynəlxalq Avtovağzal Kompleksinə mətbuat katibi təyin edilib.
ONN media xəbər verir ki, bunu "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.
O bildirib ki, bu vəzifə Pərvin Məmmədovaya həvalə olunub.
Qeyd edək ki, P.Məmmədova bundan əvvəl DANX-nın əməkdaşı olub.