Mübariz İbrahimovun adına medal təsis edildi

Mübariz İbrahimovun adına medal təsis edildi


Azərbaycan Ukrayna Beynəlxalq Alyansı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə medal təsis edib.

ONN media xəbər verir ki, bu barədə "İnterfaks-Azərbaycan” agentliyinə Alyansın sədri Elmar Məmmədov məlumat verib.

"M.İbrahimovun şərəfinə medalın təsis olunması Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub”, - E.Məmmədov bildirib.

O vurğulayıb ki, M.İbrahimovun adı Azərbaycanın hüdudlarından kənarda geniş tanınmalıdır.

Geri qayıt