AZAL-ın bütün reyslərində qeydiyyat uçuşa 60 dəqiqə qalmış bağlanacaq

AZAL-ın bütün reyslərində qeydiyyat uçuşa 60 dəqiqə qalmış bağlanacaq


ONNmedia AZƏRTAC-a istinadən xəbər verir ki, yanvarın 15-dən etibarən Azərbaycan Hava Yollarının (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq.eyni zamanda, qeydiyyat uçuşa 3 saat qalmış açılacaq.

AZAL sərnişinlərdən hava limanında qeydiyyat üçün öncədən gəlmələrini xahiş edir. Həmçinin saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə biləcəklərini, baqajı olduqda isə onu “Baggage Dropoff” ekspress-masasında təhvil vermək imkanları olduğunu diqqətə çatdırır.

Geri qayıt