Ermənilər Azərbaycanın sərhəd döyüş məntəqələrini atəşə tutdu

Ermənilər Azərbaycanın sərhəd döyüş məntəqələrini atəşə tutdu

29-30 aprel tarixlərində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş məntəqələri Ermənistan Respublikasının Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən bir neçə istiqamətdən günün müxtəlif vaxtlarında iri çaplı silah­lardan dəfələrlə intensiv atəşə tutulub. Bu barədə ONN media -ya DSX-dən məlumat verilib. Xidmətdən verilən məlumatda bildirilib ki, bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətində cavab atəşi açıl­ıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Geri qayıt