ONN İnformasiya Agentliyi

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib
08 İyun 2023 - 18:16

ONN media xəbər verir ki, iyunun 8-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında görkəmli tarixçi, filoloq-türkoloq, filologiya elmləri doktoru, professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AR Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, yazıçı-publisist Yunus Oğuz, Ədəbiyyat İnstitutunun, Dilçilik İnstitutunun, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları və aidiyyəti şəxslər iştirak ediblər.

Sessiyanı giriş sözü ilə açan akademik İsa Həbibbəyli Əjdər İsmayılovun elmi fəaliyyəti ilə yanaşı, Azərbaycanın müstəqilliyinin qorunması uğrunda mübarizənin əsas fədakarlarından biri olduğunu deyib. Qeyd edib ki, bənzərsiz şəxsiyyəti ilə seçilən Əjdər İsmayılov zahirən çılğın, emosional görünsə də, hər zaman onun niyyətində xeyirxahlıq, insanlıq dayanıb və bu, onun obrazını, simasını müəyyən edən keyfiyyətlərdir.

Professor Əjdər İsmayılovun Azərbaycan ədəbiyyatşünaslıq elminə mühüm töhfələr verdiyini bildirən AMEA rəhbəri onun Hüseyn Cavid haqqında apardığı silsilə tədqiqatlarla Azərbaycan ədəbiyyatının tanınmış simalarından birinə çevrildiyini söyləyib. Diqqətə çatdırıb ki, Əjdər İsmayılov ötən əsrdə Hüseyn Cavidlə bağlı tədqiqatlar apararkən görkəmli ədibə yenicə bəraət verilmişdi və Cavid araşdırmaçıları öz işlərini ehtiyatla görürdülər: “Əjdər İsmayılov isə Cavid sənətinə bağlı olduğu üçün çəkinmədən tədqiqatlarını aparmış, cavidşünaslar arasında öz sözünü demişdir. O, təkcə Hüseyn Cavid haqqında tədqiqatlar aparmamış, bütövlükdə Cavid uğrunda mübarizə aparmışdır. Ötən əsrdə müqayisəli tipoloji tədqiqatlar aparılarkən ya Qərbi, ya da SSRİ-ni əsas götürərək, “böyük qardaş”a ehtiyac duyulardı. Əjdər İsmayılov isə belə yanaşmalara əhəmiyyət verməzdi. “İblis”in mənşəyini Qərb ədəbiyyatında deyil, Şərq mədəniyyətinin dərin qatlarında axtarırdı. Bu, onun ədəbi siması idi”.

AMEA prezidenti bildirib ki, Əjdər İsmayılovun ədəbiyyatşünaslıq, tarix, dilçilik, türkologiya və digər sahələrdə apardığı bütün tədqiqatlarda vətənpərvərlik, azərbaycançılıq mövqeyi vardı. Qeyd edib ki, Əjdər İsmayılov “Moisey Xorenatsi anonim keşiş müəllifdir”, “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kimi uydurma tarix və şəxsiyyətlərlə bağlı ciddi əsərlər ortaya qoyub, Albaniya ilə bağlı önəmli araşdırmalar aparıb və həmin tədqiqatlar bu gün Alban ədəbiyyatını, mədəniyyətini, ictimai fikrini öyrənənlər üçün qiymətli mənbələrdir.

Əjdər İsmayılovun ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirak etdiyini vurğulayan akademik İsa Həbibbəyli onun Heydər Əliyevin ən yaxın silahdaşlarından və məşhur “91-lər”dən olduğunu, HeydərƏliyevçilik uğrunda sonacan, qətiyyətlə, təmənnasız mübarizə apardığını bildirib.

Diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurası yaradılarkən ölkə başçısının etimadı ilə Əjdər İsmayılov şuranın üzvü seçilib və bu, Prezident İlham Əliyevin Əjdər İsmayılovun fəaliyyətinə verdiyi ədalətli qiymət idi.

Bu gün onun oğlu Cavid İsmayılın atasının irsinin təbliğində fəal çalışdığını deyən akademik İsa Həbibbəyli tədqiqatları ilə onun yolunu davam etdirdiyini deyib və Əjdər İsmayılovun daim qəlblərdə yaşayacağını söyləyib.

AR Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə çıxışında Əjdər İsmayılovu gənclik illərindən tanıdığını və onun daim əhatəsində olan gənclərə dəstək göstərdiyini bildirib. Azərbaycanın dövlət müstəqilliyi təhlükə altına düşdüyü bir zamanda Əjdər İsmayılovun sakit dayana bilmədiyini və konstitusiyadakı “yaş həddi” bəhanəsi ilə Heydər Əliyevin hakimiyyətinə və şəxsiyyətinə yönəlmiş maddəyə etiraz olaraq 1992-ci ilin aprel ayında keçirilən mitinqin əsas təşkilatçılarından olduğunu qeyd edən Sadiq Qurbanov vurğulayıb ki, professor Əjdər İsmayılovun vətən qarşısında xidmətləri unudulmazdır.

Sessiyada, həmçinin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Tahirə Məmməd, yazıçı-publisist Yunus Oğuz və başqaları çıxış edərək alimin ictimai-siyasi fəaliyyətindən, apardığı ədəbi, tarixi, albanşünaslıq, dil, filologiya sahəsindəki tədqiqatlardan danışıblar.

Sonda professor Əjdər İsmayılovun oğlu iqtisadçı alim, hüquqşünas Cavid İsmayıl çıxış edərək atasının 85 illik yubileyi ilə bağlı respublika ərazisində tədbirlərin keçirilməsi münasibətilə ölkə başçısına minnətdarlığını ifadə edib. Həmçinin bugünkü tədbirin təşkilatçılarına və iştirakçılarına Əjdər İsmayılovun xatirəsini yad etdikləri və əziz tutduqları üçün təşəkkür edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png