ONN İnformasiya Agentliyi

Proseslər Azərbaycanın lehinə işləyir: “Ermənistan Azərbaycanın şərtləri ilə razıdır”

Proseslər Azərbaycanın lehinə işləyir: “Ermənistan Azərbaycanın şərtləri ilə razıdır”
16 May 2023 - 15:13

“Qarabağ iqtisadi rayonunda erməni icmasında separatçıların rəhbəri Arayik Aratunyanın kənarlaşdırılması istiqamətində addımar atılır. Prosesə Samvel Babayan rəhbərlik edir. Samvel Babayan Arayikdən fərqli olaraq N. Paşinyana yaxın şəxsdir və onun erməni icmasının rəhbərliyinə gətirilməsi Azərbaycanla dialoqda müəyyən irəliləyiş əldə edilə bilər”.

ONN media xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq hesab edir ki, Arayik Arutunyan birbaşa Kremlin təlimatları ilə hərəkət edir və onunla təmaslar Azərbaycan üçün qəbuledilməzdir.

“İlk növbədə Arayik Arutunyan prosesdən kənarlaşdırılması nəzərdə tutulur və Samvel Babayan burada icma rəhbərliyinə gətirilməklə, erməni icması ilə təmaslar inkişaf edə bilər. Hazırda Arayik Arutunyan və Ruben Vardayan hər iki şəxs Qarabağda reinteqrasiyaya mane olur və böhranın davam etməsində maraqlıdırlar. Samvel Babaynın Qarabağda icma rəhbərliyinə gətirilməsinə Azərbaycan etiraz etmir. Baxmayaraq ki, Samvel Babayan birinci Qarabağ müharibəsində Azərbaycana qarşı müharibədə fəal iştirak edib. Amma, Arayikdən və Vardanyandan fərqli olaraq Azərbaycanla təmaslarda maraqlıdır”.

M.Əsədullazadə qeyd etdi ki, Arayik Arutunyan Samvel Babayanı “dövlət naziri” vəzifəsinə gətirilməsinə məcbur ola bilər.

“Samvel Babayan erməni icması rəhbərliyinə gələrsə, Qarabağda yaşayan ermənilərin bundan sonra staus və digər imtiyazlar alması da mümkün deyil. Rusiya da Xankəndində Azərbaycanın yuridiskiyasının təmin edilməsinə etiraz edə bilməsi mümkün olmayacaq. Proseslər Azərbaycanın lehinə işləyir. Avropa İttifaqı və ABŞ-da artıq ermənilərə hər hansı bir status verilməsi məsələsini qabartmır. Demək olar ki, Azərbaycanın şərtləri ilə razılaşıblar”//metbuat.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png