Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ

Fevralın 17-dən martın 17-nə kimi Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.

ONN media xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Məlumata görə, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək.

Bilet almaq üçün “ADY Mobile” tətbiqi və yaxud www.ady.az saytından yaralanmaq olar.