ONN İnformasiya Agentliyi

Qaçqın və məcburi köçkünlərə ŞAD XƏBƏR: xərclər 49,5 faiz artırılır

Qaçqın və məcburi köçkünlərə ŞAD XƏBƏR: xərclər 49,5 faiz artırılır
13 Noyabr 2017 - 13:59
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi xərcləri artırılır.
ONN media APA-ya istinadən xəbər verir ki, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, o cümlədən onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət və icmal büdcədən bütövlükdə 487 milyon manat nəzərdə tutulub.
Nazir müavini qeyd edib ki, bu, cari illə müqayisədə 49,5% və ya 161 mln. manat çoxdur.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png