ONN İnformasiya Agentliyi

Qardaş köməyi davam edir

Qardaş köməyi davam edir
25 Fevral 2023 - 10:33

“Qardaş Köməyi” platforması çərçivəsində qardaş Türkiyəyə göndərilən yardımların 24 fevral tarixinə həcmi açıqlanıb.

ONN İnformasiya Agentliyi Platformanın rəhbəri Rəşad Cabirlidən aldığı məlumata əsasən xəbər verir ki, cari ilin 24 fevral tarixinə Platforma tərəfindən ümumilikdə 133 yük maşını və 4 təyyarə olmaqla fəlakət zonasına xüsusi yığılmış, yaşamaq üçün bütün şəraitlə təhçiz edilmiş 46 ədəd ev tipli konteyner, 120 çadır, əksəriyyəti böyük gücə malik olmaqla ümumilikdə 190 generator (təqribən 2110 kv gücündə), 839 sayda pover bank, 7 tır müxtəlif gigiyenik məhsullar, 120 min litr su və müxtəlif meyvə şirələri, 26 ton dərman və tibbi ləvazimatlar, 441 ton qida, 6507 sayda adyal və yorğan, 600 mindən yuxarı geyim növləri və tekistil ləvazimatları göndərilmişdir.

Xatırladırıq ki, Platforma qardaş  Türkiyə Respublikasının cənub-şərqində baş vermiş dağıdıcı zəlzələdə zərər çəkən insanlara yardım etmək məqsədi ilə fəlakətdən dərhal sonra, Azərbaycanda yaradılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png