ONN İnformasiya Agentliyi

Qarlı hava nə vaxta kimi davam edəcək?

Qarlı hava nə vaxta kimi davam edəcək?
14 Yanvar 2024 - 12:18

Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə qar yağır. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 16-dək gecə və səhər saatlarında xüsusən də dağlıq və dağətəyi rayonlarda bəzi magistral yolların buz bağlaması ehtimalı var.

ONN media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

G.Məmmədovanın sözlərinə görə, yağıntıların yanvarın 15-i səhər saatlarından tədricən kəsiləcəyi gözlənilir. Belə ki, yanvarın 15-i gündüz Bakıda və Abşeron yarımadasında və bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png