ONN İnformasiya Agentliyi

“Qızım əsl deputat olmağa layiqdir” – Xanhüseyn Kazımlı

“Qızım əsl deputat olmağa layiqdir” – Xanhüseyn Kazımlı
14 Yanvar 2020 - 17:05

V çağırış Milli Məclisin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı sosial şəbəkələrdə qızı ilə bağlı yayılan müzakirələrə münasibət bildirib.

ONN media xəbər verir ki, X.Kazımlı unikal.org-a açıqlamasında qızının deputatlığa layiqli namizəd olduğunu bildirib:

“Mən deputatlığa namizədliyimi verməmişəm. Qızım Parlament seçkilərində iştirak etməklə bağlı qərar verdi. İnşallah yanvar ayının 17-si təbliğat prosesi başlayandan sonra özü mətbuata bu qərarı ilə bağlı açıqlama verəcək. Yazırlar ki, qızım bankda işləyir, bu məlumatlar doğru deyil. Özü universitetdə müəllimdir, namizədlik müdafiə edib. Qızımın biliyinə və savadına söz ola bilməz. Özü millət vəkili olmaq istəyir. Əsl deputat olmağa layiq şəxsdir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png