Qonşusu bu uşağın müdafiəsinə qalxdı

Sosial şəbəkələrdə “Jalilov” adlı profillə tanınaraq qeyri-etik hərəkətlərilə gündəmə gələn, videolar çəkərək  “TikTok”da paylaşan yeniyetmənin xəstəxanaya yerləşdirildiyi barədə xəbər vermişdik.

Bakıdakı 2 saylı Klinik Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilən yeniyetmənin hərəkətləri sosial şəbəkələrdə pislənilir. 2009-cu il təvəllüdlü 9-cu sinif şagirdinin məşhur ailədən – Milli Məclisin mərhum vitse-spikeri Afiyəddin Cəlilovun nəvəsi olması isə olayla bağlı müzakirələri bir qədər də qızışdırıb.

Çoxları tənqid edərkən yeniyetmənin qonşularından biri onun müdafiəsinə qalxıb.

ONN media xəbər verir ki, babasının ad-soyadını daşıyan 15 yaşlı Afiyəddin Cəlilovun qonşusu – Zərifə Mahmudova adlı qadın yeniyetmənin “TikTok”un qurbanı olduğunu qeyd edib:

“Neçə gündür, rəhmətlik Afiyəddin Cəlilovun nəvəsinə qarşı kampaniya davam edir. O uşaq bizim qonşumuzdur. Gözümün qabağında doğulub-böyüyüb. Çox tərbiyəli, böyüyə, kiçiyə hörmət edən sadə bir oğlandır. Sadəcə, zəmanə uşağıdır, “TikTok”un növbəti qurbanlarından biridir. Bir yeniyetmənin həyatını belə məhv etmək olmaz! Allahdan qorxun!” – deyə yeniyetmənin qonşusu sosial şəbəkələrdəki müzakirələrə etiraz edib