Qubada sayğacın işinə maqnitlə müdaxilə ediblər – VİDEO

Quba rayonunda sayğacın göstəricisinə müdaxilə edilib, elektrik xəttini ağacın içindən keçiriblər.
ONN media-nın Xezerxeber.az-a istinadən məlumatına görə, Quba rayonunda elektrik enerjisindən istifadə qaydalarını pozaraq qeyri-qanuni, sayğacdan kənar qoşulmalara yol verən istehlakçılara qarşı yoxlamalar aparılıb. Rayonun İspik kəndində qayda pozanlar aşkarlanıb. Saygacdan kənar elektrik xətti çəkərək enerjidən istifadə ediblər.
Yoxlamalar zamanı 9 qayda pozuntusu aşkar olunub. Bunlardan 8-i kənar xətt, 1-i isə elektrik sayğacının hesablama mexanizminin xüsusi magnit vasitəsilə süni şəkildə dayandırılması faktı olub.
Tülər, Tüləkəran və Bağbanlı kəndlərində də belə hallar müşahidə olunub.
Belə yoxlamaların rayon ərazisində davam etdiriləcəyi bildirilir.