ONN İnformasiya Agentliyi

Qüdrət Həsənquliyev: “Azərbaycanda ingilisdilli telekanalın açılmasına ehtiyac var”

Qüdrət Həsənquliyev: “Azərbaycanda ingilisdilli telekanalın açılmasına ehtiyac var”
01 Dekabr 2017 - 14:36

"Azərbaycanda ingilisdilli telekanalın açılmasına ehtiyac var".

ONN media xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün ingilisdilli telekanalın açıqlamasına böyük ehtiyac var:

“Əvvəl də qeyd etmişəm. Dövlət büdcəsində 32 milyon AzTV-yə, 12 milyon İTV-yə ayırırıq. Hesab edirəm ki, bu qədər vəsait ayıraraq AzTV-ni saxlamağa heç bir ehtiyac yoxdur. Çünki onsuz da digər telekanallar da Prezidentin səfərlərini və sərəncamlarını yetəri qədər yayımlayır. Bu mənada dövlət vəsaitindən daha səmərəli istifadə edilməlidir. Çünki dövlət büdcəsindən maliyyələşən telekanlın işinin özəl telekanallardan heç bir fərqi yoxdur. Ola bilər ki, həmin telekanallara ayrılan vəsaitn bir hissəsi hesabına ingilisdilli telekanala açıla bilər. Ukrayna və Qazaxıstanın belə bir təcrübəsi var”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png