ONN İnformasiya Agentliyi

Qurban bayramı pandemiya şəraitinə uyğun təşkil olunacaq – VİDEO

Qurban bayramı pandemiya şəraitinə uyğun təşkil olunacaq – VİDEO
09 İyul 2020 - 9:30

Bu il Qurban bayramı pandemiya şəraitinə uyğun təşkil olunmalı, heyvan satışı və kəsimi ilə məşğul olanlar COVID-19 testindən keçməlidirlər.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib.

O bildirib ki, kəsim və satış ilə məşğul olanlar maska taxmalı, ara məsafəsini gözləməlidirlər. Bu şəxslərə COVID-19 testini vermək isə mütləqdir. Çünki bayram günü Agentlik tərəfindən mütəmadi reydlər təşkil olunacaq. Əgər kimdəsə testin cavabı olmasa, həmin şəxs müəssisədən kənarlaşdırılacaq.

Qalib Əbdüləliyevin sözlərinə görə, vətəndaşlar qurbanlıq ət və ya heyvanın alışını öncədən də sifariş edə bilərlər. Bunun üçün həm müxtəlif marketlərdə, həm də heyvan kəsimi müəssisələrində şərait yaradılıb.

Artıq indidən qurbanlıq heyvan ilə bağlı sifarişlər var. Bu işlə məşğul olan Əli Hacıyev deyir ki, qurbanlıq heyvanı indidən alanlar bayram günü deyilən saatda yaxınlaşaraq kəsdirə bilərlər.

Satıcılar deyirlər ki, əksər insanlar qurbanını bayramın birinci günü kəsdirmək istəyir. Pandemiya şəraitində isə bunu çatdırmaq mümkünsüzdür. Ona görə də sifarişlər 3 bayram gününə uygun bölünəcək.

ONN media mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png