Qurban bayramında neçə gün iş olmayacaq?

İyun ayında 4 gün qeyri-iş günü olacaq.

ONN media xəbər verir ki, 2023-cü il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2022-ci il 9 dekabr tarixli 438 nömrəli Qərarına əsasən cari ilin iyun ayında aşağıdakı günlər iş günü hesab edilmir:

15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü;

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;

28, 29 iyun – Qurban bayramı.