Qurbanlıq heyvanların satışına start verildi

Bir-neçə gün sonra ölkəmizdə Qurban Bayramı qeyd ediləcək. Bu məqsədlər ölkənin bir çox yerində qurbanlıq qoyunların satışı və kəsimi məntəqələri təşkil olunub.

“Məntəqələrə gətirilən bütün qurbanlıq heyvanlar baytarlıq nəzarətindən keçməklə, sanitar-gigiyenik qaydalara uyğun şəkildə kəsilib alıcılara təqdim olunacaq”.

ONN media xəbər verir ki, bu sözləri AQTA-nın mətbuat katibi Aysel Fərziyeva bildirib.

O, qeyd edib ki, birsıra regionlarda AQTA ilə razılaşdırılmaqla çadır tipli kəsim məntəqələri də quraşdırılacaq.