ONN İnformasiya Agentliyi

Quru sərhədlər bu tarixdə açıla bilər?

Quru sərhədlər bu tarixdə açıla bilər?
08 İyun 2023 - 15:46

“Quru sərhədlərinin açılması ilə bağlı dəqiq tarix deyə bilmərəm. Ancaq Ümumdünya Səhiyyə Təşkilatınının da pandemiyanın bitdiyini elan etdiyinə görə yəqin ki, Nazirlər Kabineti xüsusi pandemiya şəraitinin uzadılması ilə bağlı qərarını dəyişəcək. Ola bilsin ki, iyulun 1-dən sonra quru sərhədləri açılsın”.

ONN media xəbər verir ki, bu sözləri millət vəkili Razi Nurullayev sosial media hesabında qeyd edib.

Deputatın fikrincə, quru sərhədlərin bağlı olması yanlız pandemiya şəraiti ilə bağlı deyil:

“Artıq virusa yoluxma səviyyəsi çox aşağıdır. Quru sərhədlərin bağlı qalması yanlız bu səbəbdən ola bilməz. Bilirik ki, ölkəmiz hələ də müharibə vəziyyətindən çıxmayıb.

Cənub qonşumuzdan Azərbaycana qarşı ciddi təhdidlər var. Bu təhdid şimaldan da gələ bilər.Quru sərhədlərin açıq qalmasının diversantların, Azərbaycanda siyasi sabitliyi pozmaq istəyən, terror aktı törətmək istəyənlərin də ölkəyə gəlişini asanlaşdıra biləcəyi də nəzərə alınırdı.

Zənnimcə, Azərbaycan vətəndaşlarının təhlükəsizliyini, dövlətimizin bütövlüyü və suvereliyini qorumaq üçün quru sərhədlərinin bu günə qədər bağlı qalması vacibliyi nəzərə alınırdı. İndi müəyyən yüngüllük yaranıb. Ola bilsin ki, sərhədlər açılsın”//metbuat.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png