ONN İnformasiya Agentliyi

Quru sərhədlərin açılmamasının səbəbi… – Deputat

Quru sərhədlərin açılmamasının səbəbi… – Deputat
28 Mart 2023 - 14:09

Ötən gün ləğv olunan məhdudiyyətlər arasında quru sərhədlərin açılması haqda qərarın niyə olmadığını açıqlamaq mənim üçün də çətindir. Quru sərhədlərin bu qədər müddət bağlı qalması vətəndaşlar arasında xüsusi narahatlığa səbəb olur. Həm də turizmin inkişafına təsir göstərir.

ONN media xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili vurğulayıb ki, quru sərhədlərin bağlı olduğuna görə təyyarə biletləri bahadır, bu isə Azərbaycan vətəndaşlarına, xüsusilə də tələbələrə çox böyük əziyyət verir:

“Quru sərhədləri açmayıb, təyyarə biletinin qiymətini endirməməkdə sanki israr edirlər. Hər halda koronavirusla bağlı risklər dünyanın əksər ölkələrində xeyli azalıb və sərhədlər açılıb.

Düşünülməlidir ki, bu qərarlardan ən çox zərər çəkən Azərbaycan vətəndaşlarıdır. Əgər ölkənin təhlükəsizliyi ilə bağlı hansısa problemlər varsa, bu, incə üslubda cəmiyyətə izah olunmalıdır. Belə olmadıqda isə cəmiyyətdə təyyarə biletləri və digər məsələlərlə bağlı ehtimalların irəli sürülməsinə əsas yaranır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png