Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun Güdəzeyxur kənd sakini N.Əzizova və İmamqulukənd kənd sakini M.Məmmədova məxsus torpaq sahələrində müvafiq icazələri olmadan müxtəlif növ ağacların emalı və satışı ilə məşğul olan taxta sexlərinin fəaliyyət göstərməsi müəyyən olunub.

ONN media xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, ağacların kəsilməsində istifadə edilən ümumilikdə 4 ədəd dəzgah və 20 kubmetr müxtəlif növ taxta materialları aşkar edilib.

Araşdırma aparılır.