Rəhman Rəhmanovun oğlu azadlığa çıxdı

Əməkdar artist Rəhman Rəhmanovun oğlu azadlığa buraxılıb.

ONNmedia xəbər verir ki, bu haqda məlumatı aktyorun həyat yoldaşı Milli.az-a təsdiqləyib. Akyorun oğlu Emil Rəhmanovun cəza müddəti bitib.

Xatırladaq ki, əməkdar artistin oğlu 2016-cı ildə həbs olunub. Məhkəmə Emil Rəhmanovun iki il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarmışdı.

Aktyorun oğlu bundan əvvəl 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək, 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.