Rəssam Elayın Neapolda növbəti sərgisi keçiriləcək

ONN media xəbər verir ki, rəssam Elayın 18-22 sentyabr tarixlərində Neapolda (İtaliya) Palazzo Fondi’nde Mədinə yolu ilə adlı sərgisi keçiriləcək.

Elay İtaliyada məşhur Brera Li Rəssamlıq Akademiyasını bitirib və hal hazırda İtaliyada yaşayır.

Elayın ilk işi İtaliyada 2013-cü ildə qrup sərgisi zamanı ictimaiyyətə təqdim olundu. 2015-ci ildə əsərini Piero Manzoni’nin Milandakı evində təqdim etdi. 2016-cı ildə Elay əsərlərini Bari’dəki Francesco Netti’nin evindəki fərdi sərgidə təqdim etdi, eyni zamanda 2017-ci ildə Milandakı Antonio Battaglia qalereyasında kollektiv bir sərgi keçirdi. Eynilə 2018-ci ildə olduğu kimi Fendi moda evinin təşkil etdiyi kollektiv sərgidə Milan Moda Həftəsində əsərlərini nümayiş etdirdi.

Bu sərgi Neapol-Bakı Dərnəyi tərəfindən “Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi” nin dəstəyi ilə təşkil edilmişdir.
Bu hadisə ilə əlaqədar Cüzeppe Caniglia Birliyinin Prezidenti dediklərindən: “Bu Neapol və Bakı şəhərləri arasındakı əkizliyin, İtaliya ilə Azərbaycan arasındakı yaxınlığın və İtaliyada yaşayan Azərbaycan vətəndaşlarının daha bir və daha konkret bir ifadəsi olacaqdır. “