Ramazan ayının 3-cü gününün duası, iftar və imsak vaxtı

Ramazan ayının üçüncü gününün imsak və iftar vaxtları açıqlanıb.

ONN media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 05:11-də, iftar isə saat 19:11-dədir.

Ramazan ayının 3-cü gününün duası:

“Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin”.

“İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!”

Allah orucunuzu qəbul etsin!