ONN İnformasiya Agentliyi

Ramiz Mehdiyev sabiq nazirlə bağlı qərar verdi – YENİ TƏYİNATLAR

Ramiz Mehdiyev sabiq nazirlə bağlı qərar verdi – YENİ TƏYİNATLAR
14 Avqust 2020 - 11:28

AMEA Rəyasət Heyətinin qərarı ilə əməkdar mühəndis Vasif Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin olunub. O, bu vəzifədə Əli Abbasovu əvəz edib.

V. Abbasov parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. O, AMEA Yüksək Texnologiyalar Parkının innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan YT Parkda Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, Ə.Abbasov 2004-2014-cü illərd Rabitə və Yüksək Texnologiyalar naziri, 2014-2015-ci illərdə isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri olub.

Həmçinin AMEA Yüksək Texnologiyalar Parkının direktor müavini Məmməd Elxan oğlu Bağırzadə də vəzifəsindən azad olunub.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png